525.Az

Çexiya Ukraynaya yardımı azaltmağa məcburdur


 

Çexiya Ukraynaya yardımı azaltmağa <b style="color:red">məcburdur</b>

Çexiya silah ehtiyatlarının azalması səbəbindən Ukraynaya yardımı azaltmağa məcburdur.

525.az TASS-a istinadən xəbər verir ki, bunu Çexiyanın Baş naziri Petr Fiala deyib.

"Anbarlarımızda daha az təchizat və yardım imkanları var", - deyə Baş nazir bildirib.

Lakin o, Çexiyanın Ukrayna Silahlı Qüvvələrinə dəstəyini davam etdirdiyini də vurğulayıb.

Baş nazir Kiyevə yardım göstərməkdə Çexiya hərbi-sənaye kompleksi ilə qərbli həmkarları arasında mümkün əməkdaşlıq sahələrini qeyd edib.

Havar Şəfiyeva

 





05.12.2023    çap et  çap et