525.Az

XVI turun açılış oyunu bu gün Sumqayıtda keçiriləcək


 

XVI turun açılış oyunu bu gün Sumqayıtda keçiriləcək<b style="color:red"></b>

Bu gün Azərbaycan Premyer Liqasında XVI tura start veriləcək.

525.az-ın məlumatına görə, açılış oyunu Sumqayıtda keçiriləcək.

Şəhərin eyniadlı komandası doğma arenasında son çempion “Qarabağ”la üz-üzə gələcək. Bu, həm də turun mərkəzi qarşılaşmasıdır. Çünki hazırda Ağdam təmsilçisi 32 xalla turnir cədvəlinə başçılıq edir, üçüncü pillədəki “kimyaçılar”ın hesabında isə 23 xal var.

Turun digər matçları dekabrın 9-10-da baş tutacaq.

Premyer Liqa
XVI tur
8 dekabr (cümə)

19:30. “Sumqayıt” – “Qarabağ”
“Kapital Bank Arena”

 





08.12.2023    çap et  çap et