525.Az

Bakı ilə İrəvan arasında razılaşmanı alqışlayırıq - Rusiya XİN


 

Bakı ilə İrəvan arasında razılaşmanı alqışlayırıq -  <b style="color:red">Rusiya XİN</b>

Moskva Bakı və İrəvan arasında Ermənistan və Azərbaycan hərbçilərinin qarşılıqlı azad edilməsinə dair razılaşmanı alqışlayır.

525.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova şərhində bildirilib.

“Rusiya ardıcıl olaraq saxlanılan şəxslərin “hamıya hamı” prinsipi əsasında dəyişdirilməsi ideyasını irəli sürür. Bu, qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verir və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illərdə imzaladığı üçtərəfli bəyanatlara uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin təşviqində yeni imkanlar açır. Biz bundan sonra da nəqliyyat kommunikasiyalarının açılması, sərhədin delimitasiyası, sülh sazşinin imzalanması və vətəndaş cəmiyyəti vasitəsilə təmaslarda hər cür yardım göstərməyə hazırıq”, - XİN rəsmisi bildirib.

 





08.12.2023    çap et  çap et