Onilliklər boyu yeraltı və yerüstü sərvətlərdən istifadə edən Fransa, qaçaq yolla gətirdiyi 2 milyon tarixi sənədi Əlcəzairə qaytaracaq.
525.az xəbər verir ki, Fransa 1524-cü ildə başladığı müstəmləkəçilik fəaliyyəti ilə Afrikanın qərbində və şimalında 20-dən çox ölkəni işğal etmiş və qitənin 35 faizi 300 il Fransanın nəzarətində qalmışdı.
Belə ki, Əlcəzair Tarix və Yaddaş Komitəsi ilə Fransa Tarix və Yaddaş Komitəsi müstəmləkə dövründən əldə edilmiş 2 milyon rəqəmsal sənədin Əlcəzairə qaytarılması ilə bağlı razılığa gəlib.
Müqavilə çərçivəsində Fransaya qaçaq yolla gətirilən Osmanlı dövrünə aid 5 metr diametrli 29 rulon və 13 rekord dəftəri ilə bəzi yağmalanmış mülklərin Əlcəzairə qaytarılacağı bildirilib.
Məhəmməd Tağıyev