525.Az

Kiyevə yardım layihəsi ABŞ Senatında səsvermədən keçməyib


 

Kiyevə yardım layihəsi ABŞ Senatında səsvermədən keçməyib<b style="color:red"></b>

Ukrayna, İsrail və Tayvana yardım ayrılması ilə bağlı qanun layihəsi ABŞ Senatında prosedur səsverməsindən keçməyib.

525.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Səsvermə qanun layihəsi ətrafında müzakirələrin dayandırılıb-baxılmaması və ona mahiyyəti üzrə baxılmasına başlanılması məsələsi üzrə baş tutub. Lakin səsvermənin təşəbbüskarı olan Demokratlar lazımi sayda səs toplaya bilməyiblər.

Qeyd olunur ki, sənəd 106 milyard dolların ayrılmasını nəzərdə tutur ki, bunun da 61 milyardı Kiyevə yardım üçün nəzərdə tutulub.

O da qeyd olunur ki, Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatası tez bir zamanda İsrailə vəsait ayırmağa hazırdır, lakin Konqresdəki Demokratlar və Ağ Ev buna qarşıdır.

Havar Şəfiyeva

 





08.12.2023    çap et  çap et