Venesuela Prezidenti Nikolas Maduro qoşunları səfərbər edərək, qonşu Qayanın de-fakto ərazisi olan Essequibo bölgəsinin ilhaqını elan edib.
525.az bu barədə "El Pais"ə istinadən məlumat verir.
Qeyd olunur ki, Venesuela lideri artıq bölgəyə müvəqqəti rəhbər təyin edib. Nəşrin məlumatına görə, həmin şəxs general-mayor, Vahid Sosialist Partiyasının deputatı Aleksis Rodriges Kabellodur.
Havar Şəfiyeva