525.Az

Putin prezidentliyə namizədliyini açıqlayıb


 

Putin prezidentliyə namizədliyini açıqlayıb<b style="color:red"></b>

Vladimir Putin Rusiyada keçiriləcək prezident seçkilərində yenidən namizəd olacağını açıqlayıb.

525.az “Kommersant”a istinadən xəbər verir ki, Prezident bunu dekabrın 8-də Kremlin Müqəddəs Georgi zalında Ukraynada müharibə iştirakçılarına “Qızıl Ulduz” ordenlərini təqdimetmə mərasimində bildirib.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 17-də keçiriləcək. Vladimir Putin qalib gəlsə, beşinci dəfə dövlət başçısı olacaq.

 





08.12.2023    çap et  çap et