525.Az

Ermənistan öz gələcəyi naminə sülh təşəbbüslərinə adekvat cavab verməlidir


 

Ermənistan öz gələcəyi naminə sülh təşəbbüslərinə adekvat cavab verməlidir<b style="color:red"></b>


“ADA Universitetində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda aktual məsələlər müzakirə mövzusu oldu. Dünyanın beyin mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi Forumda Prezident İlham Əliyev dünyada baş verən qlobal proseslər, yaxın regionumuzdakı hadisələr, eləcə də enerji siyasəti haqqında verilən sualları yüksək diplomatik peşəkarlıqla cavablandırdı”.

Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım 525.az-a açıqlamasında deyib.
Deputat bildirib ki, regionun üzləşdiyi risk və təhdidlər, yeni çağırışlarla bağlı beyin mərkəzlərinin iştirakı ilə ölkəmizdə müzakirələrin aparılması artıq ənənə halı alıb. Budəfəki Forum da erməni vandalizminin izlərinin və Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından da əhəmiyyətlidir.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Xüsusilə Vətən müharibəsindən sonrakı dövrdə keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi, regionda sabitliyin təmin olunması və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir. Ən diqqətçəkən məqamlardan biri də odur ki, bu forumların əhatə dairəsinin genişlənməsi və iştirakçılarının sayının artması həmin tədbirlərə beynəlxalq səviyyədə marağın artdığını göstərir. Bu, həm də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasətə beynəlxalq ictimaiyyətin yüksək diqqətinin və artan marağının əyani ifadəsidir.

“Prezident İlham Əliyev Forumda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesindən bəhs edərkən Ermənistanın sülh prosesinə yaratdığı əngəlləri vurğulayıb. Regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır. Bu təbiidir, çünki biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin üzərində suverenliyini tam bərpa etdik. Bu reallığı qəbul etmək istəməyən müəyyən beynəlxalq dairələr var.   Amma Ermənistan və onun havadarları nəzərə almalıdır ki, Azərbaycan Prezidenti İlham Əliyev regionda yeni reallıqların müəllifidir və postmünaqişə mərhələsinin ümumi geosiyasi ab-havasının yenilənməsində əsas söz sahibidir. Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfərlə Azərbaycan münaqişənin bitdiyini elan edib. Bu ilin sentyabrında isə antiterror tədbirləri nəticəsində suverenliyimiz bərpa olundu. İndiki şəraitdə sülh sazişinin imzalanması üçün daha münbit şərait yaranıb.  Azərbaycan sülh və təhlükəsizlik fonunda yeni səhifə açmağa hazırdır. Bu mənada Ermənistan öz gələcəyi naminə sülh təşəbbüslərinə adekvat cavab verməlidir”,-deyə Fatma Yıldırım vurğulayıb.
 

 

 





08.12.2023    çap et  çap et