525.Az

Azərbaycan badminton millisi ikinci oyununda məğlub olub


 

Azərbaycan badminton millisi ikinci oyununda məğlub olub<b style="color:red"></b>

Qadın badmintonçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsinin ikinci oyununda məğlub olub.

525.az xəbər verir ki, komanda Estoniyaya müqavimət göstərə bilməyib.

Abşeron Olimpiya İdman Kompleksində baş tutan qarşılaşma estonların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Yığmamız ilk matçında da Şotlandiyaya 0:5 hesabı ilə uduzmuşdu.

Qeyd edək ki, Azərbaycan millisi təsnifat mərhələsinin son görüşündə bu gün Slovakiya ilə qarşılaşacaq.

 





09.12.2023    çap et  çap et