525.Az

Bu gün Ağcabədidə su kəsiləcək


 

Bu gün Ağcabədidə su kəsiləcək<b style="color:red"></b>

Bu gün Ağcabədi rayonunda suyun verilməsində məhdudiyyətlər yaranacaq.

525.az-a bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Bildirilib ki, magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar dekabrın 9-da gün ərzində Ağcabədi şəhərinə, eləcə də Aşağı Avşar və Xocavənd kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Agentlik yaranan narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.

 





09.12.2023    çap et  çap et