"Bayer" Almaniya Bundesliqasında növbəti oyununa çıxıb.
QOL.az xəbər verir ki, Leverkuzen təmsilçisi səfərdə "Ştutqart"la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.
"Ştutqart"ın qolunu 40-cı dəqiqədə Kris Fuhrix, "Bayer"in qolunu isə 47-cə dəqiqədə Florian Uritz vurub.
Qeyd edək ki, hazırda turnir cədvəlində "Bayer" 36 xalla 1-ci, "Ştutqart" isə 31 xalla 3-cüdür.
Xatırladaq ki, "Bayer" "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindəndir. Bu komandalar arasında keçirilən görüşlərdə "Bayer" Almaniyada 5:1, Bakıda isə 1:0 hesabı ilə qalib gəlib.