525.Az

Gəncədə toyda 4 nəfəri bıçaqlayan şəxslər saxlanılıb


 

Gəncədə toyda 4 nəfəri bıçaqlayan şəxslər saxlanılıb<b style="color:red"></b>

Gəncədə Mahrasa bağı adlanan ərazidə yerləşən şadlıq saraylarından birindəki toyda 4 nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

525.az xəbər verir ki, bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kəsici-deşici alətlə 4 nəfər şəxsə xəsarət yetirməkdə şübhəli bilinən Taleh Musayev və Cəfər Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.

 





11.12.2023    çap et  çap et