İtaliyanın paytaxtı Romada, San Giovanni Evangelista Xəstəxanasında baş verən yanğında 4 nəfərin həyatını itirdiyi bildirilib.
525.az xəbər verir ki, yanğın paytaxt Romadan şərqdə, Tivoli bölgəsində yerləşən San Giovanni Evangelista Xəstəxanasında baş verib. İtaliya yanğınsöndürmə briqadası, xəstəxanada olan insanların yanğın pilləkənləri ilə təxliyə edildiyini, lakin 4 nəfərin cəsədinin tapıldığını açıqlayıb.
Qeyd edək ki, İtaliyanın daxili işlər naziri Piantedosi, qrupların sürətli müdaxiləsi nəticəsində faciənin qarşısı alındığını bildirib.
Məhəmməd Tağıyev