525.Az

Beyləqanda 2 avtomat tapılıb


 

Beyləqanda 2 avtomat tapılıb<b style="color:red"></b>

Beyləqan rayonunda polis əməkdaşları 2 ədəd "AK-74" markalı avtomatı təhvil götürüb.

525.az-a DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər zamanı rayon sakini olan bir nəfər tapdığı silah-sursatı təhvil verib. Belə ki, tapılan 2 ədəd Kalaşnikov konstruksiyalı "AK-74" markalı avtomat, 2 ədəd avtomat sandığı və 36 ədəd patron müvafiq qaydada götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

 





11.12.2023    çap et  çap et