525.Az

Azərbaycan futzal millisinin açıq məşqi olacaq


 

Azərbaycan futzal millisinin açıq məşqi olacaq<b style="color:red"></b>

DÇ-2024-ün elit mərhələsində Bakıda Rumıniya ilə üz-üzə gələcək futzal üzrə Azərbaycan millisinin qarşılaşmadan əvvəl açıq məşqi keçiriləcək.

525.az-a Azərbaycan Futzal Federasiyasından verilən məlumata görə, Bakıda təlim-məşq toplanışında olan yığmanın hazırlıq prosesi dekabrın 13-də, saat 10:00-da mətbuat üçün açıq olacaq.

Məşqdən əvvəl, saat 09:45-də isə baş məşqçi Vitali Borisov jurnalistlərin suallarını cavablandıracaq.

Qeyd edək ki, dekabrın 15-də Bakı İdman Sarayında gerçəkləşəcək Azərbaycan - Rumıniya görüşü saat 20:00-da start götürəcək.

 





11.12.2023    çap et  çap et