"Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərə əlavə təkan verəcək".
525.az“Sputnik-Gürcüstan”a istinadən xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze deyib.
Onun sözlərinə görə, görüşlərdə bir sıra mühüm məsələlər, o cümlədən Bakı ilə İrəvan arasında danışıqlarda Gürcüstanın vasitəçi rolu müzakirə olunacaq.
“Siz ölkəmizin Baş nazirinin sülh təşəbbüsünü yaxşı bilirsiniz və biz bu istiqamətdə çox uğurla irəliləyirik. Gürcüstanın vasitəçiliyi çox vacibdir”, - o bildirib.
Xatırladaq ki, Ş.Papuaşvili dekabrın 10-da Milli Məclisin sədri Sahibə Qafarovanın dəvəti ilə Azərbaycana rəsmi səfərə gəlib.
Bakıya səfəri çərçivəsində onu Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib.
Spiker həmçinin Baş nazir Əli Əsədov və Milli Məclisinin sədri Sahibə Qafarova ilə də görüşəcək.