525.Az

Bayden İsrailə hərbi tədarükə görə ittiham olunur


 

Bayden İsrailə hərbi tədarükə görə ittiham olunur<b style="color:red"></b>

Ağ Ev Konqresdən yan keçərək İsraili tank mərmiləri ilə təmin edib.

525.az "The Guardian"a istinadən yazır ki, ABŞ Prezidenti Co Baydenin administrasiyası İsrailə hərbi yardım göstərməkdə ittiham olunur.

“Bayden administrasiyasının İsrailin Qəzzadakı müharibəsinə dəstəyi, İsrailə tank mərmiləri vermək üçün Konqresdən yan keçdiyi aşkar edildikdən sonra araşdırılıb" - deyə məqalədə bildirilib.

Vurğulanır ki, Ağ Ev İsrailin hərbi cinayətlər törətməsi ilə bağlı davamlı qiymətləndirmə aparmayıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ Yaxın Şərqdə atəşkəsə qarşı çıxıb. Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud bildirib ki, Birləşmiş Ştatlar davamlı sülhü qəti şəkildə dəstəkləsə də, ölkə dərhal atəşkəs çağırışlarını dəstəkləmir.

Havar Şəfiyeva

 





11.12.2023    çap et  çap et