525.Az

Vergi daxilolmaları vətəndaşların rifahına mühüm töhfələr verir - Mikayıl Cabbarov


 

Vergi daxilolmaları vətəndaşların rifahına mühüm töhfələr verir - <b style="color:red">Mikayıl Cabbarov</b>

İqtisadiyyat naziri Mikayıl Cabbarov vergi xidməti işçilərini peşə bayramı münasibətilə təbrik edib.

525.az xəbər verir ki, bu barədə nazir “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“11 fevral – Azərbaycanın vergi xidməti işçilərinin peşə bayramıdır. Dövlətimizin vergi orqanları vəzifə öhdəliklərini məsuliyyətlə yerinə yetirərək biznes mühitinin təkmilləşməsi, dövlət-biznes tərəfdaşlığının təşviqi və iqtisadi təhlükəsizliyin təminatında əhəmiyyətli rol oynayırlar.

Şəffaflığın və vergi mədəniyyətinin yüksəldilməsi ilə səciyyələnən vergi daxilolmalarının davamlı artımı maliyyə sabitliyinə, sosial layihələrin icrasına və vətəndaşların rifahına mühüm töhfələr verir.

Bu əlamətdar gündə bütün vergi işçilərinə peşə bayramı münasibətilə təbriklərimizi çatdıraraq işlərində uğurlar və nailiyyətlər arzulayır, ölkəmizin mənafelərinə sadiqliyi və fədakar əməyi üçün təşəkkürümüzü bildiririk”, - nazir qeyd edib.

11 fevral – #Azərbaycan-ın vergi xidməti işçilərinin peşə bayramıdır. Dövlətimizin vergi orqanları vəzifə öhdəliklərini məsuliyyətlə yerinə yetirərək #biznes mühitinin təkmilləşməsi, dövlət-biznes tərəfdaşlığının təşviqi və #iqtisadi təhlükəsizliyin təminatında əhəmiyyətli rol… pic.twitter.com/vI844ykqD4

— Mikayil Jabbarov (@MikayilJabbarov) February 11, 2024

 

 





11.02.2024    çap et  çap et