525.Az

Cavanşir Quliyevin vəfat etməsi xəbəri yalandır


 

Cavanşir Quliyevin vəfat etməsi xəbəri yalandır<b style="color:red"></b>

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin Türkiyədə müalicə aldığı xəstəxanada vəfat etməsi barədə məlumat yayılıb.

525.az "APA"ya istinadən xəbər verir ki, məlumat yalandır, Cavanşir Quliyevin müalicəsi davam etdirilir.

Heydər Əliyev Fondundan bildirilib ki, bu gün Cavanşir Quliyevin üzərində planlaşdırılmış əməliyyat aparılması nəzərdə tutulur.

Xatırladaq ki, bəstəkarın müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilir.

 





12.02.2024    çap et  çap et