525.Az

ABŞ Tayvanla silah müqaviləsini vaxtında tamamlaya bilməyəcək


 

ABŞ Tayvanla silah müqaviləsini vaxtında <b style="color:red">tamamlaya bilməyəcək</b>

Amerika Birləşmiş Ştatları (ABŞ) Xaricə Hərbi Satış Proqramı çərçivəsində Tayvana 22 milyard dollarlıq silah müqaviləsini tamamlaya bilməyib.

525.az xəbər verir ki, bu barədə "TVBS" məlumat yayıb.

Tayvan telekanalının qeyd etdiyi kimi, Vaşinqton razılaşmaların bir hissəsinin icrasını 2027-ci ilə qədər təxirə salıb, digər hallarda isə hətta yeni müddətlər təyin etməyib.

Qeyd edək ki, bundan əvvəl məlum olmuşdu ki, Çin hakimiyyəti Tayvana silah tədarükünə görə ABŞ-nin beş şirkətinə qarşı sanksiya tətbiq edəcək.

Havar Şəfiyeva

 





12.02.2024    çap et  çap et