525.Az

Braziliyada dövlət çevrilişi iddiası ilə polkovnik saxlanılıb


 

Braziliyada dövlət çevrilişi iddiası ilə polkovnik saxlanılıb<b style="color:red"></b>

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva hökumətinə qarşı “çevriliş” etdiyi iddiası ilə bir polkovnik saxlanılıb.

525.az xarici KİV-ə əsasən bildirir ki, çevrilişlə bağlı istintaq çərçivəsində polkovnik Bernardo Korrea Neto ABŞ-dən qayıdarkən prokurorluğun göstərişi ilə hava limanında saxlanılıb.

Polkovnik Neto keçmiş prezident Jair Bolsonaronun komandası ilə əməkdaşlıq edərək Lula da Silva hökumətinə qarşı çevriliş planlaşdırmaqda ittiham olunub.

Braziliya Ali Məhkəməsinin hakimi Alexandre de Moraesin göstərişi ilə əməliyyat keçirən Federal Polis fevralın 9-da Bolsonaroya yaxın olan bir neçə nəfəri, o cümlədən keçmiş nazir və yüksək rütbəli əsgərləri saxlayıb.

Federal Polisdən verilən açıqlamada saxlanılan şəxslərin 30 oktyabr 2022-ci il seçkilərində qalib gələn Lula da Silva hökumətinə qarşı “çevriliş cəhdi” və mütəşəkkil cinayət qrupu yaratmaqda ittiham edildiyi bildirilib.

Qeyd edək ki, istintaq çərçivəsində Ali Məhkəmə keçmiş prezident Bolsonarodan pasportunu 24 saat ərzində Federal Polisə təhvil verməsini istəyib.

Malik Atilay

 





12.02.2024    çap et  çap et