525.Az

"Kəlbəcərlə bağlı verilən mina məlumatları qeyri-dəqiq, etibarsızdır" -  ANAMA


 

"Kəlbəcərlə bağlı verilən mina məlumatları qeyri-dəqiq, etibarsızdır" - <b style="color:red"> ANAMA</b>

"Kəlbəcər rayonunun Murov dağları silsiləsi ətrafındakı minalanmış əraziləri əhatə edən məlumatlar əvvəlki kimi qeyri-dəqiq, etibarsız və natamamdır".

525.az-a bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Qeyd edilib ki, Ermənistan tərəfi növbəti dəfə Azərbaycana qeyri-dəqiq mina sahələrinin qeydlərini təqdim edib.

Xatırladaq ki, Ermənistan işğaldan azad edilmiş ərazilərdə mövcud olan mina sahələrinə dair 8 formulyarı Azərbaycana təqdim edib.

Lakin, ANAMA-dan bildirilib ki, əvvəl olduğu kimi son təqdim edilən formulyarlarda da məlumatlar qeyri-dəqiq, etibarsız və natamam əks olunub. Formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu müəyyən edilib.

 





12.02.2024    çap et  çap et