525.Az

Emin Əmrullayev Beyləqan rayonunda vətəndaşlarla görüşəcək


 

Emin Əmrullayev Beyləqan rayonunda vətəndaşlarla görüşəcək<b style="color:red"></b>

Elm və təhsil naziri Emin Əmrullayev fevralın 23-də Beyləqan rayonunda vətəndaşlarla görüşəcək.

Nazirlikdən 525.az-a bildirilib ki, qəbulda Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd sakinləri iştirak edə bilərlər.

Adları çəkilən rayonların sakinləri fevralın 14-ü saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146–2 və 146–6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytından elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.

Sevinc Qarayeva 

 





12.02.2024    çap et  çap et