Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Dubayın dünyada uçan taksi xidməti göstərən ilk şəhər olduğunu açıqlayıb.
525.az xəbər verir ki, mövzu ilə bağlı BƏƏ-nin WAM agentliyinin "X" sosial media hesabında açıqlama verilib. Buna uyğun olaraq pilot və 4 sərnişin daşımaq qabiliyyətinə malik olan uçan taksinin emissiyası sıfırdır.
Maksimal uçuş məsafəsi 161 kilometr, maksimum sürəti saatda 320 kilometr olan taksinin ümumilikdə 4 stansiyası olacaq.
Qeyd edək ki, Dubay Beynəlxalq Hava Limanı ilə Palm Jumeirah arasında 45 dəqiqə olan səyahət müddəti uçan taksi ilə 10 dəqiqəyə endiriləcək.
Məhəmməd Tağıyev