ABŞ müdafiə naziri Lloyd Ostinin təkrarlanan sidik kisəsi problemi səbəbindən reanimasiyaya yerləşdirildiyi bildirilib.
525.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) verdiyi açıqlamada Uolter Rid Milli Hərbi Tibb Mərkəzinin həkimləri Ostinin səhhəti ilə bağlı məlumat paylaşıblar.
Açıqlamada təcili sidik kisəsi problemi səbəbiylə gün ərzində xəstəxanaya yerləşdirilən Ostinin aparılan analiz və qiymətləndirmələrdən sonra dəstəkləyici müalicə və yaxından izləmə üçün reanimasiya şöbəsinə köçürüldüyü bildirilib.
Açıqlamada: "Xərçəngin proqnozu əla olaraq qalır. Nazirin vəziyyəti ilə bağlı yeniliklər ən qısa zamanda ediləcək", - deyə qeyd edilib.
Məhəmməd Tağıyev