525.Az

Endi Puul UNEC-də olub


 

Endi Puul UNEC-də olub<b style="color:red"></b>

COURSERA beynəlxalq onlayn təhsil platformasının Avropada Universitet üzrə əməkdaşlıq direktoru Endi Puul Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

UNEC-dən 525.az-a bildirilib ki, Endi Puul universitetin EDUMAN platforması, UNEC Ekstern Mərkəzi (Distant Təhsil Mərkəzi), hibrid auditoriyalar, UNEC Bloomberg Maliyyə Laboratoriyası, imtahan zalı, Karyera Mərkəzi, 7/24 kitabxanası ilə tanış olduqdan sonra bu ali təhsil müəssisəsinin rektoru professor Ədalət Muradovla görüşüb.

UNEC-də təhsilin rəqəmsallaşması istiqamətində görülmüş işlərdən məmnunluğunu bildirən Endi Puul qeyd edib ki, UNEC COURSERA-nın təkcə Azərbaycanda deyil, bütövlükdə regionda əməkdaşıdır.

Görüşdə “UNEC-100” İnkişaf Strategiyasında müəyyən edilmiş hədəflərə nail olmağa yardım məqsədilə COURSERA-nın UNEC-in tədris prosesinə inteqrasiya edilməsi, Karyera Akademiyası, UNEC-in müəllim və əməkdaşlarının süni intellekt (AI) və generativ süni intellekt (GAI) üzrə kurslarda iştirak imkanları və digər mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Sevinc Qarayeva 

 





12.02.2024    çap et  çap et