Polis əməkdaşları ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürüblər.
525.az-a bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, fevralın 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 2 tapança, 5 ədəd qumbara, 5 alışdırıcı, 11 ədəd müxtəlif markalı tüfəng, 2 patron darağı və 218 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Həmçinin, ötən gün keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 ədəd tapança, 1 tüfəng, 2 patron darağı və 11 ədəd patron aşkar edilərək götürülüb.