525.Az

Qurban Qurbanovdan Juninyo açıqlaması


 

Qurban Qurbanovdan Juninyo açıqlaması<b style="color:red"></b>

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın futbolçusu Olavio Juninyo ilə "Fənərbaxça"nın maraqlanması xəbərlərinə münasibət bildirib.

QOL.az xəbər verir ki, o, braziliyalı hücumçu ilə bağlı İstanbul təmsilçisindən onlara müraciət olunmadığını bildirib.

Qeyd edək ki, Türkiyənin "Fotospor" nəşri "Fənərbaxça"nın skautlarının Ağdam təmsilçisinin Avropa Liqasının pley-offunda "Braqa"ya qarşı cavab matçında stadiondan oyunçunu izlədiyini yazmışdı. İstanbul klubunun futbolçu üçün araşdırmalarını davam etdirəcəyi vurğulanmışdı.

 





25.02.2024    çap et  çap et