525.Az

Türkiyə XİN: "Xocalı qətliamı insanlıq tarixinə qara ləkə olaraq keçib"


 

Türkiyə XİN: "Xocalı qətliamı insanlıq tarixinə qara ləkə olaraq keçib"<b style="color:red"></b>

Türkiyə Xarici İşlər Nazirliyi Xocalı qətiamının 32-ci ildöümü ilə bağlı paylaşım edib.

525.az xəbər verir ki, paylaşımda deyilir:

“26 Fevral 1992-ci ildə Ermənistan silahlı birlikləri tərəfindən Azərbaycanın Xocalı şəhərində məsum mülki şəxslərə qarşı gerçəkləşdirilən qətliamı lənətləyirik.

O gün yaşanan vəhşət insanlıq tarixinə qara bir ləkə olaraq keçib.

Xocalıda öldürülən 613 nəfər qardaşımızın və o gün yaralanan, əsir alınan və ya itkin düşən bütün azərbaycanlıların kədəri hələ ürəyimizdədir.
Xocalı qətliamında həyatlarını itirənlərə Allahdan rəhmət diləyir, Azərbaycan xalqına bir daha başsağlığı veririk”.

 





26.02.2024    çap et  çap et