525.Az

Üzərində qanunsuz silah və narkotika aşkarlanan şəxs saxlanılıb


 

Üzərində qanunsuz silah və narkotika aşkarlanan şəxs saxlanılıb<b style="color:red"></b>

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Zamir Pənah şəhər ərazisində saxlanılıb.

525.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ondan “AKS” markalı avtomat silahı, 1 patron darağı, 7 patron, həmçinin 945 qram tiryək və 970 qram marixuana aşkar olunaraq götürülüb.

Faktla əlaqədar araşdırma aparılır.

 





26.02.2024    çap et  çap et