525.Az

Macarıstan İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib


 

Macarıstan İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib<b style="color:red"></b>

Macarıstan Milli Məclisi İsveçin NATO-ya qoşulması haqqında sazişi təsdiqləyib.

525.az xəbər verir ki, Macarıstan Milli Məclisində keçirilən sessiyada İsveçin NATO-ya üzvlüyü ilə bağlı səsvermə keçirilib. İsveçin NATO-ya üzvlüyünə 188 deputat lehinə, 6 deputat isə əleyhinə səs verib. Beləliklə, Macarıstan Məclisi İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib.

Qeyd edək ki, Macarıstanın təsdiqi ilə İsveç administrasiyası bütün NATO üzv ölkələrinin razılığını alıb.

Məhəmməd Tağıyev

 





27.02.2024    çap et  çap et