525.Az

Borrell: Avropalılar “Amerikalı dost” olmadan yaşamağı öyrənməlidirlər


 

Borrell: Avropalılar “Amerikalı dost” olmadan yaşamağı öyrənməlidirlər<b style="color:red"></b>

Avropalılar “Ameriklı dost”u olmadan yaşamağı öyrənməlidirlər, çünki keçmiş Amerika lideri Donald Tramp ABŞ prezident seçkilərində qalib gələrsə, o, “əlçatmaz” ola bilər.

525.az xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Xosep Borrell “El Diario” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Tramp yenidən Ağ Evin rəhbəri postunu tutsa, dünya siyasi ssenarisi dəyişəcək.

“Bizim artıq Trampla problemimiz var. O, qalib gəlmədi, amma artıq bacardığı yerdə Ukraynaya yardımın qarşısını alır. Biz avropalılar elə bir dünyada yaşamağı öyrənməliyik ki, orada amerikalı dostun olması mümkün deyil”, - diplomat bildirib. 

Qeyd edək ki, bundan əvvəl Tramp seçki mitinqində Rusiyanı blok daxilində maliyyə öhdəliklərini yerinə yetirməyən NATO ölkələrinə hücum etməyə təşviq edəcəyini bildirmişdi.

Havar Şəfiyeva

 





27.02.2024    çap et  çap et