525.Az

Doktorantura və rezidenturaya qəbul imtahanlarının tarixlərində dəyişiklik edilib


 

Doktorantura və rezidenturaya qəbul imtahanlarının tarixlərində dəyişiklik edilib<b style="color:red"></b>

Doktorantura və rezidenturaya qəbul imtahanlarının tarixlərində dəyişiklik edilib.

Dövlət İmtahan Mərkəzindən 525.az-a bildirilib ki, dəyişikliyə əsasən, doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturada təhsil alan iddiaçılar üçün xarici dil imtahanı iyunun 9-da keçiriləcək. Buna müvafiq olaraq, əcnəbilər üçün Azərbaycan dili imtahanı iyunun 10-da, danışıq bloku imtahanı isə iyunun 11-14-də təşkil olunacaq.

Rezidentura səviyyəsinə qəbul imtahanının birinci mərhələsinin ikinci cəhdi iyunun 23-də keçiriləcək.

Mərkəz iştirakçıların diqqətinə çatdırır ki, imtahan və tədbirlərin qrafikində hər hansı dəyişiklik olarsa, bununla bağlı əvvəlcədən ictimaiyyətə məlumat təqdim ediləcək.

Sevinc Qarayeva 

 





27.02.2024    çap et  çap et