525.Az

Koreyada həkim istefalarını təşkil edən 5 nəfər haqqında istintaq başladılıb


 

Koreyada həkim istefalarını təşkil edən 5 nəfər haqqında istintaq başladılıb<b style="color:red"></b>

Koreya Respublikası tibb fakültəsi tələbələrinin sayının artırılması təşəbbüsünə etiraz edən minlərlə təcrübəçi həkimi istefaya təşviq etmək və yönləndirmək iddiası ilə Koreya Tibb Assosiasiyası (KMA) və Koreya Pediatriya Assosiasiyasından 5 nəfərə qarşı istintaq başladılıb.

525.az xəbər verir ki, Səhiyyə və Rifah Nazirliyi KMA-nın Fövqəladə Hallar Komitəsinin sədrini, KMA rəhbərliyinin digər iki üzvünü, KMA-nın keçmiş prezidentini və Koreya Pediatriya Assosiasiyasının prezidentini təcrübəçi həkimləri istefa verməyə təşviq etməklə günahlandırıb.

Seul Böyükşəhər Polis Agentliyinin ictimai cinayətləri araşdıran bölməsi, 5 nəfərə qarşı başladılan istintaqla nazirliyin irəli sürdüyü ittihamları araşdırmaq üçün hərəkətə keçib.

Məhəmməd Tağıyev

 





28.02.2024    çap et  çap et