Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Bedburq-Hau qəsəbəsindəki qocalar evində baş verən yanğında ilkin məlumatlara görə 4 nəfər ölüb, 23 nəfər yaralanıb.
525.az xəbər verir ki, polisin verdiyi açıqlamaya görə, 13 min əhalisi olan Bedburq-Hau qəsəbəsindəki qocalar evində yerli vaxtla saat 03:50-də yanğın baş verib. Hadisə yerinə gələn və söndürmə işlərinə başlayan yanğınsöndürənlərdən biri xəsarət alaraq xəstəxanaya çatdırılıb. Qocalar evindən 46 nəfər qruplar tərəfindən təxliyə edilib. İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb, 23 nəfər yaralanıb.
Qeyd edək ki, yanğın böyük ölçüdə söndürülüb, baş vermə səbəbləri ilə bağlı araşdırmalar davam edir.
Məhəmməd Tağıyev