525.Az

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb -  DİN


 

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb - <b style="color:red"> DİN</b>

Martın 4-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

525.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 93, o cümlədən borclu şəxs qismində axtarışda olan 60 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqədar 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

 





05.03.2024    çap et  çap et