525.Az

Ölkədə bankların dollara tələbi azalıb


 

Ölkədə bankların dollara tələbi azalıb<b style="color:red"></b>

5 mart 2024-cü il tarixində Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.

525.az AMB- yə istinadən xəbər verir ki, hərracda tələb 68,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Qeyd edək ki, bu göstərici ötən hərracdan 13.9% azdır. Belə ki, 29 fevralda keçirilən valyuta hərracında banklar 80 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

 





05.03.2024    çap et  çap et