525.Az

ABŞ Cənubi Koreya ilə birgə təlimə başlayıb


 

ABŞ Cənubi Koreya ilə birgə təlimə başlayıb<b style="color:red"></b>

ABŞ və Cənubi Koreya martın 4-dən 14-dək keçiriləcək ən böyük birgə təlimlərdən biri olan “Azadlıq Qalxanı”na başlayıb.

525.az bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

Təlimlərdə əsas diqqət nüvə əməliyyatlarına qarşı mübarizə olacaq. Təlimlər quruda, dənizdə və havada keçiriləcək. Pentaqon təlimdə iştirak etmək üçün bir aviadaşıyıcı işçi qrupu və strateji bombardmançıları göndərməyi planlaşdırır.

Qeyd edək ki, Cənubi Koreya daha əvvəl bəyan etmişdi ki, 30 ildə ilk dəfə KXDR ilə birləşmə konsepsiyasını dəyişmək istəyir.

Havar Şəfiyeva 

 





05.03.2024    çap et  çap et