525.Az

ABŞ Konqresi büdcə ilə bağlı razılığa gəlib


 

ABŞ Konqresi büdcə ilə bağlı razılığa gəlib<b style="color:red"></b>

ABŞ Konqresinin Respublikaçılar və Demokratlar partiyalarının nümayəndələri bu maliyyə ilinin sonuna qədər büdcə çərçivəsində hazırkı Amerika hökumətinin işi üçün federal vəsaitin ayrılmasına imkan verəcək kompromis razılaşmalar əldə ediblər.

525.az xəbər verir ki, "Reuters" bu barədə Konqres Senatındakı Demokratik çoxluğun lideri Çak Şumerin sözlərinə istinadən məlumat yayıb. 

Qeyd edək ki, bundan əvvəl Ağ Ev məlumat vermişdi ki, ABŞ Prezidenti Co Bayden onun maliyyələşdirilməsində fasilələrin və işlərin dayandırılmasının qarşısını alan müvəqqəti hökumət büdcəsini imzalayıb. Mövcud müvəqqəti federal hökumətin maliyyələşdirmə limitləri müxtəlif agentliklər üçün martın 8-də başa çatır.

Havar Şəfiyeva 

 





05.03.2024    çap et  çap et