525.Az

“Novruzlu nağıl bağı”  adlı musiqili-nağıl tamaşa təqdim edilib.


 

“Novruzlu nağıl bağı”  adlı musiqili-nağıl tamaşa təqdim edilib.<b style="color:red"></b>

11 mart tarixində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və Bakı şəhəri 3 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Novruzlu nağıl bağı”  adlı musiqili-nağıl tamaşa təqdim edilib.

525.az xəbər verir ki, teatrın foyesində uşaq və yeniyetmələrin “Bahar” və “Novruz” ilə bağlı rəsm və el işlərinden ibarət sərgi nümayiş olunub.   
Musiqili-nağıl tamaşada 1 Saylı Uşaq Evi, 1 və 2 nömrəli Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, SOS Uşaq Kəndinin həmçinin Bakı şəhəri üzrə Ümumtəhsil məktəblərinin şagirdləri tamaşaçı qismində iştirak edib.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Bakı Kitab Mərkəzi, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzinin vitse-prezidenti Hacı Quliyev, Gəncliyə Yardım Fondu, Səssiz ünsiyyet IB  əməkdaşlari və Uşaq yazarlarından Sevinc Nuruqızı ve Solmaz Amanova qonaq qismində iştirak ediblər. Tamaşa boyu uşaqların təqdimatında milli mənəvi dəyərləri özündə ehtiva edən xalqımızın ən gözəl bayramlarından olan Novruz bayramı ilə bağlı bir-birindən maraqlı nağıl kompozisiyalar və rəqslər nümayiş etdirilib.

Tədbirin sonunda Bakı kitab Mərkəzinin rəhbəri Günel Anarqızı və Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzinin vitse-prezidenti Hacı Quliyev çıxış edərək  iştirakçıları,xüsusi ilə uşaqları qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib və tədbtədb maraqlı proqramına görətəşəkkürlərini bildiriblər. Tədbirin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələr arasında milli-mənəvi dəyərləri dəyərləndirməklə gələcək nəsilə ötürməkdir.

 





12.03.2024    çap et  çap et