525.Az

Qazaxıstanda 1500 evi su basdı


 

Qazaxıstanda 1500 evi su basdı<b style="color:red"></b>

Qazaxıstanda əriyən qarın yaratdığı sel nəticəsində 1500-ə yaxın ev su altında qalıb.

525.az xəbər verir ki, Qazaxıstanın 5 əyalətində şiddətli yağışlı qışdan sonra temperaturun artması səbəbindən qarın qəfil əriməsi nəticəsində yaranan daşqınlarla mübarizə davam edir. Qazaxıstan Baş Nazirliyindən verilən açıqlamaya görə, baş nazir Oljas Bektenovun başçılıq etdiyi kabinet daşqın gündəmi səbəbilə toplanıb.

Bektenov: "Qış aylarında güclü qar yağması, buzlaşma və  istilərin erkən gəlməsi kimi hallar xüsusilə qərb ştatlarında genişmiqyaslı daşqınlara səbəb olub. Biz ölkənin qərb, şimal, mərkəzi və şərq bölgələrində yeni sel dalğası gözləyirik", - deyib.

Məhəmməd Tağıyev

 





02.04.2024    çap et  çap et