525.Az

Əfqanıstanda mina partlaması nəticəsində 9 uşaq həyatını itirib


 

Əfqanıstanda mina partlaması nəticəsində 9 uşaq həyatını itirib<b style="color:red"></b>

Əfqanıstanın Qəznə vilayətində Sovet İttifaqının işğalı dövründən qalan mina partlaması nəticəsində 9 uşaq həyatını itirib.

525.az xarici mediaya əsasən xəbər verir ki, bu barədə Qəznə Mədəniyyət və İnformasiya direktoru Molla Həmidullah Nisar Taliban administrasiyasının xəbər agentliyi "Bəhktar"a danışıb.

Nisar bildirib ki, Sovet İttifaqının Əfqanıstanı işğalı zamanı partlamamış mina dünən Giro rayonunun Zedran kəndində partlayıb.

Partlayış uşaqların partlamamış mina ilə oynadığı zaman baş verib.

Qeyd edək ki, hadisə nəticəsində 5-i qız olmaqla 9 uşaq həyatını itirib.

Malik Atilay

 





02.04.2024    çap et  çap et