525.Az

Cənubi Koreyadan Rusiyaya sanksiyalar


 

Cənubi Koreyadan Rusiyaya <b style="color:red">sanksiyalar</b>

Cənubi Koreya KXDR ilə əməkdaşlıq etdiyi iddiası ilə iki Rusiya gəmisinə qarşı sanksiyalar tətbiq edib.

525.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məhdudiyyətlər Rusiya Federasiyası ilə Şimali Koreya arasında hərbi təyinatlı malların daşınmasında iştirak etdiyinə görə “Lady R” və “Angara” gəmilərinə tətbiq olunacaq.

Bundan başqa, iki hüquqi şəxs – “İntellekt” MMC və “Sodeystvie” MMC-yə, eləcə də onların rəhbərlərinə qarşı sanksiyalar tətbiq edilib. Məlumata görə, bu təşkilatlar Şimali Koreyanın nüvə və raket proqramları ilə əlaqəlidir.

Havar Şəfiyeva

 





02.04.2024    çap et  çap et