525.Az

Xankəndidə mənzildən narkotik aşkarlanıb


 

Xankəndidə mənzildən narkotik aşkarlanıb<b style="color:red"></b>

Xankəndi şəhərində yaşayış mənzillərindən birindən 3 kiloqramdan artıq marixuana aşkarlanıb.

525.az-a bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmçinin polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 11-də şəhərdən 1 avtomat silahı, 1 tüfəng, 4 alışdırıcı, 16 patron darağı, 850 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

 





12.04.2024    çap et  çap et