525.Az

Alimlər iqlim dəyişikliyinin qlobal iqtisadiyyata zərərini hesablayıblar


 

Alimlər iqlim dəyişikliyinin qlobal iqtisadiyyata zərərini hesablayıblar<b style="color:red"></b>

Potsdam İqlimə Təsir Tədqiqat İnstitutunun alimləri belə qənaətə gəliblər ki, iqlim dəyişikliyi 2049-cu ilə qədər qlobal iqtisadiyyata ildə 38 trilyon dollara başa gələ bilər.

525.az “Report”-a istinadən xəbər verir ki,  araşdırmanın nəticələri “Nature” elmi jurnalında dərc olunub.

Qeyd olunub ki, bu səbəbdən qlobal iqtisadiyyat 19% kiçilə bilər.

İtkilərin qlobal istiləşmə sürətinin azaldılması ilə bağlı xərclərdən altı dəfə çox olduğu vurğulanıb. Əsas təhlükə təbii fəlakətlərin - meşə yanğınları və qasırğaların daha tez-tez baş verməsidir.

Materialda həmçinin Afrika və Cənubi Asiya ölkələrinin iqlim dəyişikliyindən ən ciddi problemlərlə üzləşəcəyi bildirilib.

 





21.04.2024    çap et  çap et