525.Az

Gürcüstanda "Xarici təsirin şəffaflığı haqqında" qanuna etiraz yeddi gündür davam edir


 

Gürcüstanda "Xarici təsirin şəffaflığı haqqında" qanuna etiraz yeddi gündür davam edir<b style="color:red"></b>

Gürcüstanın vətəndaş cəmiyyəti təşkilatları hakim "Gürcü Arzusu" partiyasının təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi ilə əlaqədar etirazlarını davam etdirir.

525.az APA-ya istinadən xəbər verir ki, etirazçılar yeddi gündür parlament binası qarşısında genişmiqyaslı etiraz aksiyası keçirir.

Aksiya ilə əlaqədar parlament binasının ətrafında və daxilində təhlükəsizlik tədbirləri gücləndirilib.

 





21.04.2024    çap et  çap et