525.Az

Bərdədə üç otaqlı ev tamamilə yanıb


 

Bərdədə üç otaqlı ev tamamilə yanıb<b style="color:red"></b>

Bərdə rayonunda yanğın hadisəsi baş verib.

Bu barədə 525.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, Bərdə rayonunun Samux kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 





05.05.2024    çap et  çap et