525.Az

Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, iki silah aşkarlanıb


 

Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, iki silah aşkarlanıb<b style="color:red"></b>

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində iki silah aşkarlanıb.

525.az xəbər verir ki, bu barədə Penitensiar xidmətdən bildirilib.

Məlumata görə, Əliyev Cavid Əlihüseyn oğluna məxsus bir ədəd “TOZ-8M” markalı yivli tüfəng və 1 ədəd “Makarov” markalı pnevmatik tapança Saatlı rayonu, Qaranuru kənd qəbiristanlığı ərazisində aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 





15.05.2024    çap et  çap et