525.Az

Bayden İsrail ilə bağlı qanun layihəsinə veto qoyacaq


 

Bayden İsrail ilə bağlı qanun layihəsinə veto qoyacaq<b style="color:red"></b>

ABŞ Prezidenti Co Bayden Konqres tərəfindən qəbul olunarsa, "İsrailə silahların tez çatdırılmasını" nəzərdə tutan qanun layihəsinə veto qoyacaq.

525.az xəbər verir ki, Respublikaçılar Partiyası tərəfindən ötən həftə sonu Nümayəndələr Palatasına təqdim edilən "İsrail Təhlükəsizliyi Yardım Dəstəyi Aktı" adlı qanun layihəsi ilə əlaqədar Baydenin qərarı ilə bağlı Ağ Ev yazılı açıqlama verib.

Administrasiyanın İsrailə yanaşmasının qəsdən təhrif edildiyinə diqqət çəkən açıqlamada "qanun layihəsi Konqresdə qəbul olunarsa, Bayden qanun layihəsinə veto qoyacaq" deyilib.

Açıqlamada ABŞ-nin İsrailə dəstəyində son dərəcə qətiyyətli olduğu bir daha vurğulanıb.

Məhəmməd Tağıyev

 





15.05.2024    çap et  çap et