525.Az

UEFA-dan Şahruddinin oynadığı kluba avrokubok cəzası


 

UEFA-dan Şahruddinin oynadığı kluba avrokubok cəzası<b style="color:red"></b>

UEFA Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi "Adana "Demirspor"a 1 mövsümlük avrokubok qadağası qoyub.

QOL.az qurumun saytına istinadən xəbər verir ki, buna Adana təmsilçisinin 90 gündən çox gecikmiş və ödənməmiş borcları səbəb olub. Klub qarşıdakı üç mövsümdə (2024/25, 2025/26 və 2026/27) avrokuboklara vəsiqə qazanacağı təqdirdə, UEFA-nın klub yarışında iştirak edə bilməyəcək.

Qeyd edək ki, Türkiyə Superliqasında 44 xalla 11-ci olan "Adana Demirspor"un növbəti mövsüm üçün avrokuboklara vəsiqə qazanacağı dəqiqləşib.

 





17.05.2024    çap et  çap et